Tramp: "Meksika ilə sərhəd divarı poladdan olacaq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır. Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"səhifəsində yazıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"səhifəsində yazıb.

Onun sözlərinə görə, Amerikanın vitse-prezidenti Maykl Pensdemokratlarla görüşün gedişatında sərhəddə təhlükəsizliklə bağlı problemləri müzakirə edib.

"Biz indi polad divarı (divarın inşasını-red) planlaşdırırıq, beton yox", - deyə ABŞ prezidenti bildirib.

O, əlavə edib ki, polad divar daha az gözə çarpacaq və daha möhkəm olacaq.

Daha əvvəl ABŞ prezidentibildirib ki, Birləşmiş Ştatların sərhədlərinin açıq olması ölkənin Demokrat Partiyasını narahat etmir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31