MKİ sədri əsas vəzifələri qadınlara verdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Sindiya Repi özünə müavini təyin edib. Bu məlumatı “NBC Nyus” televiziyası yayıb. Məlumata görə, Rep bu təyinat sayəsində MKİ baş analitiki statusunu qazanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Sindiya Repi özünə müavini təyin edib.

Bu məlumatı "NBC Nyus" televiziyası yayıb. Məlumata görə, Rep bu təyinat sayəsində MKİ baş analitiki statusunu qazanıb.

Qeyd edək ki, Haspel bundan öncə əməliyyatlar üzrə müavini vəzifəsinə Elizabet Kimberi təyin edib. Kimberə MKİ-nin bütün cəsus şəbəkəsinin kurasiyası verilib. Bundan başqa, Haspel Don Meyeriksi MKİ şefinin elm və texnika üzrə müavini edib. Bununla da MKİ-nin bütün əsas vəzifələri qadınlara verilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31