ABŞ-dan şok: Türkiyə zəmanət verməzsə, Suriyadan çıxmarıq

Vaşinqtonla hər hansı razılaşma olmadan Ankaranın Suriyada əməliyyatlara başlamamasını tələb edirəm.

Bu sözləri ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

O vurğulayıb ki, Türkiyə Suriyanın şimalındakı kürdləri izləməyi dayandırmaqla bağlı zəmanət verməyənə qədər ABŞ qoşunları bu ölkədən çıxmayacaq.

"Qoşunların Suriyadan çıxarılması ABŞ-ın yerinə yetirməli olduğu siyasi qərarlardan asılıdır", - deyə amerikalı rəsmi bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31