Rusiya bu müqaviləni qorumaq istəyirsə... - Almaniyadan şərt

Yaxın və orta mənzilli raketlərin məhvi anlaşmasının qüvvədə qalması Rusiyadan asılıdır. Bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

Yaxın və orta mənzilli raketlərin məhvi anlaşmasının qüvvədə qalması Rusiyadan asılıdır.

Bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

"Bu müqavilənin açarı Rusiyadadır. Əgər Rusiya müqaviləni qorumaq istəyirsə, o zaman idarə ediləcək şəkildə silahsızlanma həyata keçirməlidir", - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, ötən il ABŞ Prezidenti Donald Tramp ölkəsinin sözügedən müqavilədən çıxacağını bəyan etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31