Maduro Venesuela parlamentinin yeni spikerini ABŞ-ın agenti adlandırıb
7 Yanvar 2019 11:35 DünyaVenesuela prezidenti Nikolas Maduro ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.
"O idarə olunan oyuncaqdır, ABŞ-ın kəşfiyyatının orqanları tərəfindən hazırlanmış agentdir, məhz onlar ona rəhbərlik edirlər", - deyə prezident iddia edib.
Quaido bir neçə gün əvvəl Venesuela parlamentinin rəhbərivəzifəsinin icrasına başlayıb.
Venesuelanın Milli Assambleyasına müxalifət nəzarət edir.
Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ bu ölkədə dövlət çevrilişi təşkil etməyə çalışıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31