Qiymət artımı Almaniyada da insanları narahat edən məsələlərdən biridir.
Bu sözləri Almaniya Maliyyə naziri Olaf Şolts deyib.
"İnsanlar kirayə qaldıqları evdən çıxarılanda qalmağa yer tapa bilməməkdən qorxurlar. Hazırda Almaniyada da "Sarı jiletlilər" aksiyasının olması ehtimalı var. Bu barədə ciddi-ciddi düşünmək lazımdır", - nazir bildirib.