Dünya

Ay naməlum obyektlə toqquşdu

24 Yanvar 2019 15:56

Milyonlarla “Windows” istifadəçisi təhlükə altındadır

24 Yanvar 2019 15:49

“Windows” əməliyyat sistemli kompüterlərə yazılan proqram təminatlarının yarıya yaxını istifadəçinin şəxsi məlumatlarına risk yaradır. Buna səbəb həmin proqramlarının köhnəlmiş versiyalarının virtual müdaxilələrə həssas olmasıdır. “Avast” antivirus proqramının şirkəti 163 milyon cihazın təhlili əsasında belə bir məlumat yayıb. Şirkətin IT ekspertlərinin sözlərinə görə, “Windows” istifadəçilərinin 94 faizindən çoxu “Skype”ın köhnəlmiş versiyasından istifadə edir, 85 faizi “Mozilla Firefox” brauzerini, 77 faizi isə “iTunes” proqramını hələ də yeniləməyib.