"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb
24 Yanvar 2019 16:03 Dünya"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb.
Qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.
Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.
Qəzalar zamanı həmin insidentlər nəticəsində 23 nəfərin həlak olduğu, yüzlərlə şəxsin xəsarət aldığı deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31