İspaniya 235 milyard avro ayırır, səbəbi...

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı tədbirlərə yaxın 10 ildə 235 milyard avro ayırmaq niyyətində olduğunu elan edib.

İspan hökuməti ölkədə 6 ilə yaxın davam edən iqtisadi böhranı səbəb gətirərək, uzun müddət ərzində bu sahədə fəaliyyətsizliyinə görə üzrxahlıq edib.

P.Sançes bildirib ki, 2021-2030-cü illər üçün energetika və iqlim dəyişmələri sahəsində tədbirlər planı yaxın gələcəkdə Avropa İttifaqı səviyyəsində də təqdim olunacaq.

P.Sançeş əlavə edib ki, ölkənin tamamilə bərpaolunan enerji mənbələrinə keçəcəyi təqdirdə, - bunun da icrası 2050-ci ilə planlaşdırılır, - şaxtalarda işlərini itirəcək insanlar yeni iş yerləri yaradılmalıdır.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31