Makron: "Avropa Maduroya qarşıdır"

Fransa Prezidenti Emmanuel Makron Venesueladakı etirazçıları dəstəklədiyini bildirib.

Makron fikrini öz Tvitter səhifəsində paylaşıb. Avropanın adından danışan Makron Venesuela Prezidenti Nikolas Maduronun qanunsuz seçildiyini bildirib.

O, Venesuelada Maduro hakimiyyətinə qarşı etiraz edənləri cəsur və qəhrəman adlandırıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31