Dünya

Rusiyanın 7 şəhərində məktəblər bağlandı

30 Yanvar 2019 17:54

Artıq bir həftədir ki. Rusiyanın ən müxtəlif şəhərlərinin rəhbərlikləri naməlum şəxslərdən məktəblərə və digər dövlət binalarına bomba qoyulması barədə məlumatlar alırlar.

BMT QAK: Qaçqınlar üçün Aralıq dənizinin təhlükəsi daha da artıb

30 Yanvar 2019 17:44

Ötən il Avropaya üz tutan və marşrutu Aralıq dənizini keçməklə seçən qaçqınlar üçün həyati təhlükə daha da artıb. Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2018-ci ildə qaçqın və miqrantlarla bağlı hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, Liviya, Malta və İtaliya kimi Avropa İttifaqı ölkələri arasında bu məsələdə vəziyyətin kəskinləşməsi ölüm hallarının ciddi şəkildə artmasına gətirib çıxarıb. Belə ki, Liviyadan Avropa sahilləri istiqamətində yola çıxan gəmi və qayıqlara öz ərazilərinə yan almağa icazə verməyən bu ölkələr, eyni zamanda, qaçqınlara yardım göstərən təşkilatlara onları öz gəmilərinə götürərək xilas etməyi də çox vaxt qadağan edirlər. Məqsəd həyati təhlükəni nəzərə alaraq qaçqınların bu təhlükəli səfərdən imtina etməsinə nail olmaqdır, lakin həmin məhdudlaşdırıcı qaydalar insanları səfərdən çəkindirmək əvəzinə, bir çox hallarda onların ölümünə yol açır.

“Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur” - Peskov

30 Yanvar 2019 16:44

Ukraynada vətəndaş müharibəsi var. Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur, yalnız Kiyevin təxribatları var.