ABŞ-da erməni məktəblərində Türkiyə bayraqları asıldı
30 Yanvar 2019 17:01 DünyaABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən erməni tədris ocaqlarında türklərlə ermənilər arasında gərginlik yaşanıb.
"NBC Los Angeles" telekanalı xəbər verir ki, ermənilərə məxsus və "Manukyan Demirchyan College" təhsil müəssisələrinin darvazalarında, binaların üzərində və pilləkənlərində Türkiyənin bayraqları asılıb.
Ötən gün səhər saatlarında baş verən bu hadisə erməniləri hiddətləndirib. Buna cavab olaraq dərhal Türkiyə bayraqları endirilib, məktəb binaları və darvazaları Ermənistan bayraqları ilə doldurulub.
Los-Anceles polisi bayraqların 29 yanvar gecəsi üzünə maska taxan naməlum şəxs tərəfindən asıldığını və onun kimliyinin müəyyənləşdirilmədiyini bildirib. Lakin polisin məlumatına məhəl qoymayan ermənilər üzləşdikləri mənzərədə türkləri ittiham ediblər.
ABŞ polisi isə istisna etmir ki, bu cür hadisə ermənilərlə türklər arasında gərginlik yaratmaq məqsədilə edilə bilər.(azvision.az)



