Cinayət işi açıldı – Yeqiazaryan işində yeni detallar

İrəvanın Nubaraşen həbsxanasında ölən Vahid Ermənistan Partiyası sədrinin müavini, jurnalist Mger Yeqiazaryanın ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, aclıq aksiyası keçirmiş müxalif siyasətçinin ölümü ilə bağlı yeni faktlar aşkar edilib. Əldə edilən dəlillər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri - xəstənin ölümünə səbəb olan tibbi müdaxilə, tibb işçilərinin öz vəzifələrini düzgün yerinə yetirməməsi ittihamları üzrə cinayət işi açılıb.

Qeyd edək ki, 44 gün Nubaraşen həbsxanasında aclıq aksiyası keçirən Mger Yeqiazaryan yanvarın 26-da vəfat edib.

Ermənistan İstintaq Komitəsinin məsələ ilə əlaqədar ilkin açıqlamasında məhkumun ölümünə səbəb kimi, yoluxucu xəstəlik göstərilmişdi.

Əlavə edək ki, Mger Yeqiazaryan fırıldaq yolu ilə ayrı-ayrı vaxtlarda bir neçə nəfərin 10 min dollarını mənimsəməkdə ittiham edilərək həbs edilmişdi. Məhkəmənin qərarına etiraz edən müxalif siyasətçi keçən ilin dekabrın 5-də həbsxanada aclıq aksiyasına başlamışdı.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31