Səudiyyə Ərəbistanında leysan yağışlarının səbəb olduğu sel nəticəsində ölənlər var
30 Yanvar 2019 16:22 DünyaSəudiyyə Ərəbistanının şimal-qərbində leysan yağışlarının səbəb olduğu sel nəticəsində 12 nəfər ölüb, 170-dən artıq zərərçəkən var.
Ölkənin Daxili İşlər Nazirliyinin Baş Mülki Müdafiə Direktorluğu son 4 gün ərzində təbii fəlakət bölgəsindən 271 sakinin təxliyyə olunduğunu bildirib.
Əlverişsiz havalar üzündən ən çox ziyan ölkənin şimal-qərbindəki Əl Cauf əyalətinə və şimal sərhədi boyu bölgələrə, Məkkə və Təbük şəhərlərinə dəyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31