Dünya

Rusiya Koreyada nüvə stansiyası tikir? – Rəsmi AÇIQLAMA

31 Yanvar 2019 10:41

Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının tələblərinə uyğun qurulub. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Ryabkov qonşu ölkə ilə münasibətlərin həmçinin Rusiyanın daxili qanunvericiliyinin parametrlərinə uyğunluq təşkil etdiyini vurğulayıb.

Trampın prezident olmasını O istədi - Mətbuat katibindən SENSASİYALI AÇIQLAMA

31 Yanvar 2019 10:31

2016-cı ildən bəri ABŞ prezidenti postunda olmasına baxmayaraq, Donald Trampın bu ali vəzifəyə seçilə bilməsi hələ də bir çox amerikalının beynində sual kimi qalıb. Bu dəfə Ağ Evin mətbuat katibi Sara Sandersin Trampın prezident seçilməsini “Tanrı istədi” şəklində şərh etməsi müzakirələrə səbəb olub.

ABŞ nüvə müharibəsinə hazırlaşır - LAVROV Vaşinqtonun siyasətini İFŞA ETDİ

31 Yanvar 2019 10:26

“ABŞ-ın istehsalına start verdiyi “W76-2” nüvə başlığı nüvə müharibəsinin başlanma riskini artırır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Bu mövzuya Vaşinqtonun nüvə siyasətinin ötənilki versiyasında yer verildiyini xatırlatmaq istəyirəm. O zaman belə sözügedən silahın nüvə müharibəsi riskini artıracağına dair narahatlıqlarımızı dilə gətirmişdik. Moskva Avropa ölkələrinin “W76-2”nin istehsalına necə reaksiya verəcəyini müşahidə edəcək.

Bu il Türkiyədə inflyasiyanın səviyyəsinin 14 faizdən yuxarı olacağı gözlənilir

31 Yanvar 2019 09:52

2019-cu ildə Türkiyədə inflyasiyanın səviyyəsinin 14,6 faiz olacağı gözlənilir. Bu barədə Mərkəzi Bankın baş direktoru Murat Çetinkaya açıqlama verib.

Qazaxıstan parlamenti Xəzərin statusu haqqında Konvensiyanı təsdiqlədi

31 Yanvar 2019 09:50

Qazaxıstanın parlamentinin Senatı plenar iclasın gedişatında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqini bəyəniblər. Bu barədə "RİA Novosti" xəbər verir.

10 metri aşan qarda kəndlərə yol açmağa çalışırlar - FOTO

30 Yanvar 2019 18:41

Türkiyədə bu kəndlərə gedən yol 20 gündür bağlıdır.