ABŞ nüvə müharibəsinə hazırlaşır - LAVROV Vaşinqtonun siyasətini İFŞA ETDİ

“ABŞ-ın istehsalına start verdiyi “W76-2” nüvə başlığı nüvə müharibəsinin başlanma riskini artırır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Bu mövzuya Vaşinqtonun nüvə siyasətinin ötənilki versiyasında yer verildiyini xatırlatmaq istəyirəm. O zaman belə sözügedən silahın nüvə müharibəsi riskini artıracağına dair narahatlıqlarımızı dilə gətirmişdik. Moskva Avropa ölkələrinin “W76-2”nin istehsalına necə reaksiya verəcəyini müşahidə edəcək.

"ABŞ-ın istehsalına start verdiyi "W76-2" nüvə başlığı nüvə müharibəsinin başlanma riskini artırır".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu mövzuya Vaşinqtonun nüvə siyasətinin ötənilki versiyasında yer verildiyini xatırlatmaq istəyirəm. O zaman belə sözügedən silahın nüvə müharibəsi riskini artıracağına dair narahatlıqlarımızı dilə gətirmişdik. Moskva Avropa ölkələrinin "W76-2"nin istehsalına necə reaksiya verəcəyini müşahidə edəcək. Çünki keçmişdə Avropa ABŞ-ın təktərəfli qəbul etdiyi qərarlara könüllü və ya könülsüz şəkildə dəstə verirdi. Vaşinqtonun Avropaya hansı rol verdiyi və Avropanın hansı rolu oynamağa hazır olduğu böyük əhəmiyyət daşıyır",- Lavrov bildirib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik İdarəsi (NNSA) "Trident" raketləri üçün gücü az olan nüvə başlıqları istehsal etməyə başlandığını açıqlamışdı. Bu başlıqlar 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan bombanın üçdə biri qədər gücə malikdir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31