Rumıniyada qrip epidemiyası elan olundu
30 Yanvar 2019 16:58 DünyaRumıniyada təhlükəli qrip epidemiyası yayılıb.
Bu barədə ölkənin səhiyyə naziri Sorina Pıntya mətbuat konfransında deyib.
Qrip bütün ölkə ərazisində müxtəlif intensivliklə yayılır.
Rumıniyanın Səhiyyə Nazirliyi əvvəlcədən qripə qarşı vaksinlər alıb və onun bütün ölkə üçün kifayət edəcəyi bildirilir.
Nazirlik, həmçinin vətəndaşları əlavə təhlükəsizlik tədbirləri görməyə - ilk simptomlar zamanı həkimə müraciət etməyə, virusa yoluxan ailə üzvlərini təcrid etməyə, gigiyenaya əməl etməyə, qoruyucu maskalar taxmağa və qrip əleyhinə peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, yanvarın əvvəlindən bəri Rumıniyada qrip virusundan 54 nəfər dünyasını dəyişib.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31