Ermənistanın milli qəhrəmanı olan Rıjkov Nikola görə cəzalandı
30 Yanvar 2019 16:07 DünyaRusiya və Ermənistan Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Nikol Rıjkov vəzifəsindən azad edilib.
Onu Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoy əvəz edib. Buna səbəb Rıjkovun keçən ilin aprelində Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqiramiz ifadə işlətməsi olub.
Qeyd edək ki, keçən ilin aprelində Rıjkov erməni deputatlarla görüşü zamanı Ermənistandakı hadisələri Ukraynadakı Maydanla müqayisə edib və Paşinyanı axmaq adlandırıb. Bu zaman Rıjkovla Edmon Marukyan və Naira Zöhrabyan arasında toqquşma yaşanıb.
Rıjkov Ermənistanın milli qəhrəmanı sayılır. 2003-cü ildən Federasiya Şurasının üzvü olan Rıjkov bu ada Spitak zəlzələsindəki fəaliyyətinə görə layiq görülüb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31