Venesuelada kütləvi amnistiya – 400-ə yaxın siyasi məhbus əvf olundu

Venesuela hökuməti yeni kütləvi amnistiya haqda qanunun qəbulundan sonra 379 siyasi məhbusu əfv edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Venesuela Milli Assambleyasının (Parlament-red) deputatı Xorxe Arreaza yerli telekanala verdiyi açıqlamada bildirib ki, barələrində əvf olunma qərarı çıxarılmış 379 siyasi məhbusların iki gün ərzində azad olunacağını bildirib.

Qeyd edək ki, fevralın 19-da Milli Assambleyada yüzlərlə siyasi məhbusun azad olunmasını nəzərdə tutan aministiya qanununu yekdilliklə qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31