Səbinə Əliyeva daha 7 il İnsan hüquqları üzrə müvəkkil olacaq

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsini müzakirə edib."Olaylar" xəbər verir ki, parlamentin müzakirəsinə Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb. Səsvermədən sonra Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. 
Səbinə Əliyeva Milli Məclisdə vəzifəsinin şərəflə yerinə yetirəcəyinə and içib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31