Umerov sabah ABŞ-a gedir – Vitkoff ilə növbəti görüş TƏSDİQLƏNDİ
11:34 DünyaUkraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina bildirib ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov cümə axşamı ABŞ-a uçaraq Donald Trampın nümayəndəsi Stiv Vitkoffla təkrar görüş keçirəcək.
Olaylar.az xəbər verir ki, səfirin "Suspilne"yə açıqlamasına görə, Umerov "artıq sabah ABŞ-a enəcək və nümayəndə heyəti ilə yenidən danışıqlar aparacaq". Stefanışina vurğulayıb ki, yalnız bu görüşdən sonra proseslə bağlı "hər hansı nəticə çıxarmaq mümkün olacaq".
Bu, Tramp komandasının Ukrayna ilə aparılan qeyri-formal danışıqlarda növbəti mərhələ kimi qiymətləndirilir. (musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31