Mark Rutte: NATO-nun ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması halında “Plan B”-si yoxdur - ÖZƏL
21:46 DünyaŞimali Atlantika Alyansının (NATO) ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması halında alternativ planı yoxdur.
Olaylar xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "STRANA.ua" nəşrinə açıqlamasında bildirib.
"Planım yoxdur. Düşünmürəm ki, biz "Plan B" barədə düşünməliyik", - Rutte qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ Ukraynadakı münaqişəyə maliyyə baxımından daha çox cəlb olunmur.
ABŞ lideri həmçinin vurğulayıb ki, Avropa ölkələri ABŞ-ın silahlarını tam qiymətinə alaraq sonradan Ukraynaya təhvil verirlər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31