Ukrayna gələn il müdafiə xərclərinə 66 milyard dollar vəsait ayıracaq

Ukrayna 2026-cı ildə müdafiə xərclərinə 66 milyard dollar vəsait ayıracaq.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün "Telegram" kanalında açıqlayıb.

O, Ukrayna parlamentinin ölkənin 2026-cı il büdcəsini təsdiqlədiyini bildirib.

"Büdcənin əsas prioritetləri müdafiə, təhlükəsizlik və sosial davamlılıqdır. Dövlət siyasəti bunlara əsaslanır. Dövlət öz gəlirlərinin 100 %-ni müdafiə qüvvələrinə yönəldir: Orduya maliyyə dəstəyi verilməsi, hərbçi ailələrinə yardım, hava müdafiəsinin gücləndirilməsi, pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla Ukrayna silahlarının inkişafı və istehsalı", - deyə Baş nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31