İtaliya XİN başçısı: Ümid edirik, yaxın aylarda Ukraynaya silah lazım olmayacaq - ÖZƏL
20:50 Dünyaİtaliyanın xarici işlər naziri Antonio Tayanı yaxın gələcəkdə Ukraynanın silah ehtiyacının sona çatacağına ümid etdiyini bildirib.
Olaylar xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
"Ümid edirik ki, yaxın aylarda Ukraynaya artıq silah lazım olmayacaq", - nazir qeyd edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlayıb ki, Polşa, Almaniya və Norveç PURL proqramı çərçivəsində Ukrayna ordusuna Patriot sistemləri üçün 500 milyon dollar dəyərində raketlər satın alacaq.
Finlandiyanın milli-konservativ "Azadlıq Alyansı" partiyasının üzvü Armandо Mema isə Avropa İttifaqı liderlərinin yürtdükləri siyasi kursun Avropanı Rusiya ilə müharibə riskinə məruz qoyduğunu bildirib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31