NATO: Rusiya hərbi yolla alyansa qalib gələ bilməz - ÖZƏL
20:44 DünyaNATO Rusiya Federasiyasının hərbi üsullarla alyansı məğlub etmək gücünə malik olmadığını hesab edir.
Olaylar xəbər verir ki, bu barədə blokun yüksək vəzifəli nümayəndəsi Telegraf.ua nəşrinə anonimlik şərti ilə məlumat verib.
Mənbə bildirib ki, "NATO müttəfiqlərin müdafiəsinə sarsılmaz sədaqət nümayiş etdirdiyi üçün son dərəcə birləşmiş və konsolidasiya olunmuş vəziyyətdədir".
Onun sözlərinə görə, Rusiyanın alyans üzərində hərbi qələbə qazanması üçün kifayət qədər qüvvəsi və imkanları yoxdur.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Péter Siyyarto NATO-nun Avropadakı üzvlərini "hərbi fanatizm tərəfindən korlaşmaqda" ittiham etmiş və onların reallıq hissini itirdiyini, rasional qərarlar qəbul edə bilmədiyini bildirmişdi.
İbrahim Məmmədli