CNN: İsrail hərbçiləri fələstinli mülki şəxslərin cəsədlərini buldozerlərlə adsız məzarlıqlara basdırıb - ÖZƏL

Amerikanın CNN telekanalının apardığı jurnalist araşdırmasına görə, İsrail hərbçiləri Qəzza zolağında həlak olmuş mülki fələstinlilərin cəsədlərini buldozerlər vasitəsilə adsız və dayaz məzarlıqlara basdırıblar.

Olaylar xəbər verir ki, araşdırmada qeyd olunur ki, bəzi hallarda cəsədlər sadəcə açıq havada çürüməyə tərk edilib.

Jurnalistlərin bildirdiyinə görə, həlak olanların hamısı mülki şəxslər olub. Onlar ərzaq tapmaq və humanitar yardımın paylanma məntəqələrinə çatmaq üçün hərəkət edən fələstinlilərdir.

Beynəlxalq hüquq üzrə ekspertlər belə praktikaların Cenevrə konvensiyalarının tələblərinə zidd ola biləcəyini vurğulayırlar. Konvensiyaya əsasən, ölən şəxslərin cəsədlərinə hörmətlə yanaşılmalı və onların identifikasiyasına imkan verən qaydada dəfn prosesi təmin edilməlidir.

Bundan əvvəl BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzadakı məktəblərin demək olar ki, hamısının tamamilə dağıldığını açıqlamışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31