Təyyarələr İrəvan əvəzinə TİFLİSƏ ENDİ

Ermənistan mətbuatı xəbər verir ki, bir neçə sərnişin təyyarəsi sıx duman səbəbindən İrəvanın Zvartnots hava limanına enə bilməyib.

Olaylar.az xəbər verir ki, bu barədə hava limanının sözçüsü Lusine Moqrovyan jurnalistlərə bildirib.

"İrəvana uçan üç aviaşirkətin təyyarələri Tiflis hava limanına enmək məcburiyyətində qalıb, daha bir neçəsi havada dövrə vurmaqda davam edir", - o deyib.

Söhbət Dubaydan (Fly Dubai), Moskvadan (Shirak Avia) və Abu Dabidən (Air Arabia) üç uçuşdan gedir.

Moqrovyan aydınlaşdırıb ki, hazırda təyyarə Zvartnots hava limanında eniş fürsətini gözləyərək havada dövrə vurmağa davam edir.

Bu səhər İrəvandan yalnız "Air France"a məxsus bir təyyarə çıxa bilib. Hava şəraiti yaxşılaşana qədər digər uçuşlar gözləmə rejimində qalır. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31