Paşinyan: Ermənistan iqtisadiyyatında 6-7% artım hədəflənməlidir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 3-də parlamentdə 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirəsi zamanı çıxış edərək ölkənin iqtisadi inkişaf istiqamətindən danışıb. Paşinyan bildirib ki, Ermənistan artıq normal iqtisadi inkişaf yoluna çıxıb və iqtisadiyyat inkişaf edəcək:
"Əvvəlki dövrdə də biz bu sualı qoyurduq: iqtisadçıların dediyi kimi, potensialımızı aşan sürətlə artım yaxşıdırmı? Çünki bu, inflyasiya kimi problemlərə gətirib çıxara bilər.Bu səbəbdən  biz iqtisadi artım hədəfimizi 6-7% olaraq müəyyən etməliyik. Çünki iqtisadiyyatın 10-12% sürətlə artması inflyasiya və digər risklərə səbəb ola bilər",  deyə Paşinyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31