Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq
14:10 DünyaTürkiyə qarşıdakı 6 ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür.
Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadla məlumat yayıb.
"Məsələ ilə tanış olan mənbələrin sözlərinə görə, Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür. Bu, Avropanın soyuq müharibə dövründəki son sərhəd bağlanmasına son qoyacaq və Qafqazda ticarətin canlanmasına yol açacaq", - məlumatda qeyd olunub.
Türkiyə və Ermənistandan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31