Maduro qorxu içində: Gecələdiyi yer, mobil telefon...
13:42 DünyaVenesuela Prezidenti Nikolas Maduro gecələdiyi yeri və mobil telefonunu tez-tez dəyişdirməklə özünü potensial hədəf olmaqdan və ya xüsusi təyinatlıların basqınından qorumağa çalışır.
Olaylar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Məlumata görə, Maduro ABŞ-ın hücum edə biləcəyi qorxusu ilə əlaqədar şəxsi təhlükəsizlik tədbirlərini gücləndirib:
"Sentyabr ayından bəri o, potensial hücumdan və ya xüsusi təyinatlıların basqınından qorunmağa çalışır, tez-tez gecələdiyi yeri və mobil telefonunu dəyişir. Maduro həmçinin planlaşdırılmış tədbirlərdə və canlı yayımlarda iştirakını azaldıb, onları kortəbii ictimai çıxışlar və əvvəlcədən yazılmış mesajlarla əvəz edib. Xəyanət riskini azaltmaq üçün Maduro şəxsi təhlükəsizliyi üçün kubalı mühafizəçiləri işə götürüb və Venesuela silahlı qüvvələrinə daha çox kubalı əks-kəşfiyyat zabiti təyin edib". (Axar.az)