Bu payız Polşaya rekord sayda ukraynalı gənc daxil olub- ÖZƏL
13:36 Dünya2025-ci ilin payız aylarında 18-22 yaşlı ukraynalı kişilərin Polşaya kütləvi gəlişi qeydə alınıb. Olaylar.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin məlumatlarına görə, sentyabr-noyabr ayları ərzində bu yaş qrupundan 120 mindən çox şəxs ölkəyə daxil olub ki, bu da fevral 2022-ci ildən bəri üç aylıq dövr üçün rekord göstəricidir.
Gələnlərin 59 mini Ukraynaya geri dönüb, qalan 62 mini isə Polşada qalıb və ya digər Avropa İttifaqı ölkələrinə gedib. Rəsmi işlə təmin olunan gənclərin sayı 39%-i təşkil edir və əsasən tikinti sektorunda çalışırlar. Məlumatda bildirilir ki, 2025-ci ilin ilk altı ayında Polşadakı ukraynalı qaçqınlar arasında 5 400-dən çox hüquq pozuntusu qeydə alınıb. Bu pozuntular əsasən müxtəlif dələduzluq hallarına və spirtli içki qəbul edərək avtomobil idarə etməyə aiddir. Ukrayna Prezidenti Volodimir Zelenski 12 avqustda 18-22 yaşlı kişilər üçün sərhəd keçidini sadələşdirməyi hökumətə tapşırıb. Bu qərar 27 avqustda rəsmi olaraq açıqlanıb.
Qeyd edək ki, bu yaş qrupuna aid ukraynalıların kütləvi gəlişi Almaniya və İsveçdə də müşahidə olunub.