Türkiyə XİN rəhbəri Fidan və NATO Baş katibi Rutte Ukraynada nizamlanma və Qara Dəniz təhlükəsizliyini müzakirə etdi- ÖZƏL
13:05 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və NATO Baş katibi Mark Rutte Brüsseldə keçirilən NATO XİN rəhbərlərinin toplantısı çərçivəsində görüşüb. Görüşdə Ukrayna və Rusiya arasında davam edən müharibənin dayandırılmasına yönələn danışıqlar prosesi müzakirə olunub. Həmçinin tərəflər Qara Dənizdə təhlükəsizlik məsələlərini və 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Görüşdə Türkiyənin hərbi sənayesinin NATO üzv ölkələrinin inkişafına töhfəsi mövzusu da diqqət mərkəzində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31