Ərdoğan Makronla Ukrayna və Cənubi Qafqazı MÜZAKİRƏ ETDİ
12:46 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Olaylar.az xəbər verir ki, tərəflər Türkiyə-Fransa münasibətləri, Ukrayna ilə Rusiya arasında müharibəni və aktual regional problemləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Ankaranın ədalətli və davamlı sülhün təşviqi üçün fəal şəkildə çalışdığını qeyd edib.
Söhbət zamanı o da qeyd olunub ki, İstanbul prosesini canlandırmaq üçün təmaslar davam edir.
Türkiyə lideri diplomatiyanın sülhə nail olmaq üçün əsas vasitə olaraq qaldığını vurğulayıb və Türkiyənin atəşkəs təşəbbüslərinə dəstəyini gücləndirməyə hazır olduğunu bildirib.
İki lider Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyəti də müzakirə ediblər. (Musavat.com)