Litva hava şarlarına görə fövqəladə vəziyyət elan etməyi təklif edir- ÖZƏL

Litvanın hakim koalisiyaya daxil olan "Kəndlilər və Yaşılər İttifaqı" partiyasının lideri və Avropa Parlamenti üzvü Aurelius Veriga, Belarus ərazisindən göndərilən kontrabanda şarlarının hava məkanını müntəzəm pozması səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiqini təklif edib. Olaylar.az xəbər verir ki, bu barədə o, "Ziniu radijas" radiostansiyasının efirində bildirib. Veriga qeyd edib ki, "Kontrabanda şarları ilə əlaqədar daha intensiv tədbirlər görmək olar. Məsələn, fövqəladə vəziyyət rejimini tətbiq etmək, bu isə müəyyən qurumların əlini açar və reaksiyanı sürətləndirər."
Fövqəladə vəziyyət rejimi bir sıra prosedurları sadələşdirərək, hakimiyyətin hadisələrə daha tez müdaxilə etməsinə imkan verir.
Litva 2025-ci ilin əvvəlindən bu yana 599 dəfə kontrabanda şarları ilə hava sərhədinin pozulduğunu, həmçinin 197 sərhəd insidentinin pilotsuz uçuş aparatları ilə baş verdiyini qeyd edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunsuz uçuşlar nəticəsində vətəndaş aviasiyasının təhlükəsizliyi riskə düşüb və 320 uçuşda 47 min sərnişin problemlərlə üzləşib. Beynəlxalq Vilnüs və Kaunas aeroportları isə 60 saat müddətinə bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31