NATO Kiyevə maliyyə ayırmayan üzv ölkələrə təzyiqi artırır- ÖZƏL
11:44 DünyaNATO alyans daxilində, Kiyevə hərbi yardım üçün vəsait ayırmaqdan imtina edən ölkələrə təzyiqini gücləndirib. Olaylar.az xəbər verir ki, bu barədə Politico diplomatik mənbələrə istinadla məlumat verib.
Mənbələr bildirir ki, bəzi ölkələrin Ukraynanın ehtiyacları üçün milyardlarla dollar ayırması, digərlərinin isə heç və ya çox az vəsait təmin etməsi alyans daxilində narazılığı artırır. NATO diplomatlarından biri qeyd edib: "Səbrimiz tükənmək üzrədir. Bəzi ölkələr heç bir vəsait ayırmayıb, bəziləri isə çox az vəd verib. Bir çox dövlət hesab edir ki, bu kifayət deyil və çox gecikdir." İyul ayında hazırlanmış prioritet ehtiyaclar siyahısı ABŞ-dan Ukraynaya silah tədarükünün davamını təmin etmək məqsədi daşıyır. 32 NATO ölkəsindən 11-i artıq beş paket üzrə cəmi 2,5 milyard dollar məbləğində rəsmi ianə edib. NATO Baş Katibi Mark Rutte keçən həftə açıqlayıb ki, illik xərclər bu məqsədlər üçün 5 milyard dollara çatacaq.
Mənbələr həmçinin bildirir ki, proqramda iştirak etməsi gözlənilən iki NATO-ya daxil olmayan ölkə - Avstraliya və Yeni Zelandiya da silah tədarükünə töhfə verəcək. Rusiya tərəfi isə dəfələrlə Ukrayna rejiminin silahlandırılmasının yalnız münaqişəni uzatdığını vurğulayıb.