Ermənistanın 2026 büdcə layihəsində gəlir və xərclər azaldılıb – ÖZƏL

Ermənistanın 2026-cı il üzrə yenidən işlənmiş dövlət büdcəsi layihəsində gəlir və xərclər azaldılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə maliyyə naziri Vahe Ovanisyan 3 dekabrda parlament iclasında məlumat verib.

Nazirin sözlərinə görə, buna baxmayaraq, Baş nazir Aparatının maliyyələşdirilməsi 157,3 milyon dram artırılıb.

Ovanisyan bildirib ki, dövlət borcunun ÜDM-ə nisbəti ilkin layihədə göstərilən 53,5%-dən 52,9%-ə düşüb.

Hökumət büdcə gəlirlərini 0,2 milyard dram azaltmaq qərarına gəlib. Rəsmi qrantlarda da eyni azalma nəzərdə tutulur.

Nazir əlavə edib ki, büdcə xərcləri də 0,9 milyard dram azaldılıb və bu dəyişiklik valyuta məzənnəsinin möhkəmlənməsi ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31