Pentaqon rəhbəri: “Putin, Tramp və Zelenski ilə birlikdə nahar-ideal sülh süfrəsi olardı”

ABŞ müdafiə naziri Pit Heqset ideal nahar masasını təsvir edərkən gözlənilməz adlar çəkib.

Olaylar.az xəbər verir ki, jurnalist Keyti Millerin YouTube-da dərc olunmuş podkastında o, nahara dəvət etmək istədiyi üç şəxsin Donald Tramp, Vladimir Putin və Vladimir Zelenski olduğunu bildirib.

Heqset bu seçimi belə izah edib:

"Bu, sülh üçün nahar olardı".

Podkast zamanı jurnalist ondan belə bir süfrədə hansı yeməklərin veriləcəyini soruşduqda, Heqset gülümsəyərək cavab verib:

"Steyk. Prezidentlər nə istəyəcəksə".

O əlavə edib ki, menyuda həmçinin "rus souslu salatın" da olacağını düşünür. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31