Uittkoff-Zelenski görüş LƏĞV OLUNDU

ABŞ-ın xüsusi nümayəndəsi Steve Uitkoff və sahibkar Jared Kuşner Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyəcək, planlaşdırılan danışıqlar ləğv edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Euronews"un jurnalisti Aleks Rufoğlu sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Zelenski artıq evə qayıdır. 

O, görüşün təxirə salınmasının səbəbləri ilə bağlı hər hansı təfərrüat açıqlamayıb, rəsmi qurumlar isə hələlik hər hansı açıqlama verməyib.

Flightradar24 daha əvvəl qeyd edib ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Avropada dayanmadan birbaşa ABŞ-a istiqamət alıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31