Netanyahunun ofisi: İsrailə təhvil verilən qalıqlar girovlara aid deyil- ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi radikal Fələstin hərəkatı HƏMAS tərəfindən ölkəyə təhvil verilən son qalıqların girovlara aid olmadığını açıqlayıb. Olaylar.az xəbər verir ki, məlumata görə, Milli Məhkəmə-Tibb İnstitutunda aparılan identifikasiya proseduru nəticəsində dünən Qəzza zolağından gətirilən qalıqların iki nəfər ölmüş israilli girovun heç birinə məxsus olmadığı müəyyən edilib.
Qeyd edək ki, dekabrın 2-də İsrail ordusu Qəzzada daha bir qutu ilə qalıqlar qəbul etmişdi. Onlar İsrail ərazisinə gətirilərək məhkəmə-tibbi ekspertiza tərəfindən yoxlanılıb.
Xatırladaq ki, 9 oktyabrda İsrail və HƏMAS ABŞ, Misir, Qatar və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrasına dair razılığa gəlib. Qəzzada atəşkəs rejimi 10 oktyabrdan qüvvəyə minib. HƏMAS 13 oktyabrda sağ qalan 20 israilli girovu azad edib, həmçinin oğurlanmış 4 nəfərin cəsədini qaytarıb. İsrail tərəfi HƏMAS-ın 28 nəfərin cəsədindən yalnız 4-nü geri qaytarmasından narazılıq ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31