Ukrayna danışıqları bu ərazilərdə ilişib qalıb-ABŞ əsas mübahisəni açıqladı
3 Dekabr 2025 11:10 DünyaABŞ Dövlət katibi Marko Rubio Ukrayna üzrə davam edən danışıqlarda əsas ziddiyyətin nədən ibarət olduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində o bildirib ki, tərəflərin hazırda ən kəskin şəkildə mübahisə etdiyi məsələ 30-50 kilometr genişliyində ərazi zolağı və Donetsk vilayətinin təxminən 20%-inin gələcək statusudur.
Rubio qeyd edib ki, danışıqlar masasında məhz bu ərazilərin kimin nəzarətində qalacağı əsas fikir ayrılığı yaradır və prosesin irəliləməsini çətinləşdirir.
Dövlət katibi əlavə edib ki, məhz bu mövzu sülh razılaşmasının əldə olunmasında əsas maneə kimi qalır. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31