Aİ 2027-ci ilə qədər Rusiya qazından tam imtina etməyi rəsmən təsdiqlədi

Avropa İttifaqının Şurası və Avropa Parlamenti Rusiyadan təbii qaz idxalının tam məhdudlaşdırılmasını nəzərdə tutan yeni tənzimləmə üzrə ilkin razılıq əldə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Sənəd 2027-ci ilə qədər Rusiyadan həm maye qazın (LNG), həm də boru kəməri qazınınmərhələli şəkildə idxalını qanuni olaraq qadağan edən tələblər müəyyən edir.

Bu addım Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Rusiyadan asılılığın minimuma endirilməsi strategiyasının tərkib hissəsidir.

Qaydaların tam təsdiqi üçün prosedur davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31