Rusiya: Gürcüstanla siyasi dialoqu bərpa etmək üçün şərtlər yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi "İzvestiya"ya açıqlamasında bildirib ki, Moskva hazırda Gürcüstanla siyasi dialoqun bərpası üçün heç bir əsas görmür. Məlumata görə, Tbilisi Saakaşvili dövründə elan edilən mövqeyini saxlayır və diplomatik münasibətlərin bərpasını Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini ləğv etməsi ilə əlaqələndirir.

Rusiya bu tələbi "real olmayan" və "Gürcüstanın özünə zərər vuran" şərt adlandırıb, həmçinin Abxaziya və Cənubi Osetiyanın dövlət kimi tanınmasının "geri dönüşü olmadığını" vurğulayıb.

Bununla belə, Rusiya Gürcüstan özü hazır olduqda münasibətlərin normallaşdırılması üçün addımlar atmağa açıq olduğunu bildirib. Rusiya XİN-in sözlərinə görə, "top Gürcüstanın tərəfindədir və bu prosesdə ən çox maraqlı tərəf də Tbilisi olmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31