Sankt-Peterburqda kişi radio efirini zorla ələ keçirməyə cəhd edib – ÖZƏL
3 Dekabr 2025 09:16 DünyaOlaylar.az xəbər verir ki, Sankt-Peterburqda 52 yaşlı Qazaxıstan vətəndaşı Nurlan radiostudiya basqınına görə saxlanılıb. Hadisə "Şok" radiostansiyasının efiri zamanı baş verib. Musiqi fasiləsi zamanı studiyanın qapısını döyən naməlum şəxs içəri girərək aparıcını vurub və efirə buraxılmağı tələb edib.
Şəxs özü pult arxasına keçərək düymələrə basıb, mikrofon verilməzsə "partlayış olacaq" deyə hədələyib. O, həmçinin Ukraynada aparılan "xüsusi əməliyyat"a qarşı fikirlər səsləndirib. Radiostansiya əməkdaşları polis çağırıb. Şəxs studiyanı könüllü tərk edib və saxlanılıb. Hədənin saxta olduğu bildirilib.
Məlum olub ki, həmin şəxs oktyabr ayında da "Piter FM" radiostansiyasının efirinə kuryer kimi daxil olmağa çalışıb və pasifist şüarlar səsləndirdiyi üçün xırda xuliqanlığa görə protokol tərtib edilib.
Hazırda hadisə FSB tərəfindən araşdırılır.