Qarabağla bağlı 2019-cu il təklifi: Paşinyan bunu rədd edib – Dəhşətdir!

Ermənistanın Baş naziri hələ də ATƏT-in Minsk Qrupunun (ləğv edilib - red) 2019-cu il təkliflərinə ölkənin rəsmi cavabını dərc etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial mediada Erməni Milli Konqresinin sədr müavini və Ermənistanın ilk prezidentinin müttəfiqi Levon Zurabyan yazıb.

Ermənistan hökuməti 2020-ci ilə qədər Dağlıq Qarabağ üzrə danışıqların əsasını təşkil edən sənədləri dərc etdi. Siyasi qüvvələrin və cəmiyyətin təzyiqi altında hakimiyyət Qarabağ məsələsinin nizamlanması planlarını dərc etməyə məcbur oldu. Paşinyan sonuncu yolu seçib. O, seçkilərdən əvvəl ictimaiyyətin beynini yumağa çalışır. Buna görə də, 2019-cu il planını dərc edib".

Erməni Milli Konqresinin (EMK) nümayəndəsi hesab edir ki, hakimiyyət ATƏT-in Minsk Qrupunun 2019-cu il təklifinə rəsmi cavab dərc etməlidir.

"Paşinyan bundan yayınır. Bunun iki mümkün izahı var. 1) Paşinyan rəsmi cavabı gizlədir ki, bu da ona qarşı ittihamları daha da şiddətləndirir; 2) rəsmi cavab olmayıb və bu daha dəhşətlidir. Yəni o vaxt Paşinyan sadəcə Minsk Qrupunun təklifini qulaqardına vuraraq danışıqları rədd edib və dağıdıcı müharibəyə yol açıb", - Zurabyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31