Aİ Ermənistana milyonlar AYIRIR - Hara XƏRCƏLƏNƏCƏK...
2 Dekabr 20:25 DünyaAİ Ermənistana 15 milyon avro ayıracaq.
Musavat.com xəbər verir ki, bunu Avropa diplomatiyasının başçısı Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə keçirilən mətbuat konfransında bildirib.
"Aİ xarici müdaxilə ilə mübarizə aparmaq üçün Ermənistana 15 milyon avro ayıracaq. Bu vəsait mina təmizləmə təlimləri və avadanlıqları, eləcə də regionda etimadın möhkəmləndirilməsi tədbirləri daxil olmaqla müxtəlif təşəbbüslər üçün istifadə olunacaq", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31