Zelenski: Cenevrə sülh planına düzəlişlər edilib - ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndələri 30 noyabrda Cenevrə sülh sazişi layihəsi üzərində işi tamamlayıblar.

"İş Cenevrə sənədi əsasında aparıldı və həmin sənəd yenidən işlənərək yekunlaşdırıldı", - deyə Olaylar xəbər verir ki, Telegram kanalında yazılıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ-ın Ukrayna münaqişəsinin həllinə dair planının müddəalarının ciddi şəkildə yenidən işlənildiyini açıqlamışdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Moskva Ukrayna münaqişəsinin tənzimlənməsi planının detallarını KİV vasitəsilə "meqafon rejimində" müzakirə etməyəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31