Gözlənilmədən xüsusi təyyarə ilə Moskvaya UÇDU

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun əvvəllər istifadə etdiyi "Bombardier Global 7500" tipli təyyarə Rusiyanın hava məkanına daxil olub. 

Olaylar.az xəbər verir ki, "Flightradar24" portalının məlumatına görə, Mayami şəhərindən havaya qalxan təyyarə Latviyanın üzərindən Rusiya sərhədini Moskva vaxtı ilə saat 12:50-də (Bakı vaxtı ilə 13:50) keçib.

Təyyarədən əvvəllər Uitkoffun istifadə etməsinə baxmayaraq, bu dəfə göyərtədə kimin olduğu rəsmi olaraq açıqlanmır.

"Reuters" xatırladır ki, xüsusi nümayəndə bu ilin avqustunda da eyni tip təyyarə ilə Moskvaya səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31