Ankara qəfil QƏRAR VERDİ: Rusiyaya AĞIR ZƏRBƏ

Noyabrda Türkiyə Rusiyadan "Urals" xam neftinin alışını əhəmiyyətli dərəcədə azaldıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təchizat oktyabr ayı ilə müqayisədə 100 min barel azalaraq təxminən 200 min barrelə düşüb.

Qeyd edilir ki, 2022-ci ildə Avropa bazarının bərpasından sonra Ankara Rusiya neftinin ən böyük alıcılarından biri olub və idxal həcminə görə yalnız Hindistandan sonra ikinci yerdə qərarlaşıb.

"Urals" tədarükünün azalması fonunda Türkiyə alternativ xam neft növlərinin, əsasən Qazaxıstanın CPC Blend və İraqın Bəsrə neftinin idxalını artırıb.

Məlumata görə, Xəzər Boru Kəməri Konsorsiumunun terminalındakı texniki məhdudiyyətlər və CPC Blend tədarükündə yarana biləcək fasilələr səbəbindən Türkiyənin neft emalı zavodları yaxın dövrdə bəzi "Urals" partiyalarını digər növlərlə əvəz etməyə məcbur qala bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31