Avropa liderləri və Zelenski Vitkoffla sülh planını müzakirə ediblər
14:31 DünyaAvropa liderləri və Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli planına dair müzakirələrdə irəliləyiş əldə ediblər.
Olaylar.az xəbər verir ki, məlumatı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen X hesabında paylaşıb:
"Bu gün Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri ilə görüşən Volodimir Zelenski ilə yaxşı müzakirə apardım. Biz yaxşı irəliləyiş əldə etdik və təkliflərimizi bu həftə təqdim etməyi planlaşdırırıq".
Dekabrın 1-də Makron və Zelenski Parisdə danışıqlar aparıblar. LCI televiziyasının Yelisey Sarayına istinadən verdiyi məlumata görə, görüş zamanı onlar Britaniya Baş naziri Kir Starmer, fon der Lyayen, Avropa Şurasının prezidenti António Costa, NATO-nun baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff da daxil olmaqla bir neçə Avropa lideri ilə telefonla danışıblar. Bu, Zelenskinin iki həftə ərzində Fransaya ikinci və Ukrayna münaqişəsinin başlamasından bəri onuncu səfəridir.