Belçika polisi Aİ-nin diplomatik qərargahında axtarış aparıb- ÖZƏL
14:22 DünyaBelçika polisi Avropa İttifaqının diplomatik xidmətinin qərargahında axtarışlar aparıb. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Euractiv" portalı yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməliyyatı müəyyən araşdırma çərçivəsində həyata keçirilib. Axtarışların detalları və səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Hadisə Aİ daxilində diqqət çəkib və məsələnin yaxın vaxtlarda siyasi müzakirələrə səbəb olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31